Yamal uzun müddət oynamayacaq
13 sentyabr 2025 19:42 (UTC +04:00)

Yamal uzun müddət oynamayacaq

0

"Barselona"nın hücumçusu Lamin Yamal qasıq nahiyəsindəki problemlərə görə müddətsiz olaraq sıradan çıxıb.

Lent.az xəbər verir ki, forvard La Liqanın 4-cü turunda "Valensiya" ilə oyunu buraxacaq.

“Lamin Yamalın qasıq nahiyəsində problem yaranıb və buna görə o, bu gün məşq edə bilməyib. O, bazar günü “Valensiya” ilə qarşılaşmada oynamayacaq və problem həll olunana qədər komandada məşq etməyəcək,” – deyə klubun açıqlamasında bildirilir.

14 sentyabrda “Barselona” La Liqa çərçivəsində “Valensiya”nı qəbul edəcək, 18 sentyabrda isə katalonlar Çempionlar Liqasında səfərdə “Nyukasl”la qarşılaşacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar