Zidan Mourinyonun torbasını tikir
26 dekabr 2012 18:58 (UTC +04:00)

Zidan Mourinyonun torbasını tikir

“Joze Mouriyo səlahiyyətlərinin öhdəsindən gələ bilmirsə, qovulmalıdır. Necə ki, 2008-ci ildə “Çelsi”də işlədiyi vaxt belə etmişdilər və onun gedişindən sonra komanda Çempionlar Liqasının finalına yüksəlmişdi”. Lent.az-ın “El Pais”ə istinadən verdiyi məlumata görə, bunu İspaniyanın “Real Madrid” klubunun prezidenti Zinəddin Zidan deyib.

 

O qeyd edib ki, Mourinyoya ən gözəl əvəzləyici italiyalı Marçello Lippi ola bilər. “Real Madrid”in əfsanəvi futbolçusu klub prezidenti Florentino Peresə belə bir təkliflə müraciət edib. Hazırda “kral klubu” İspaniya çempionatında lider “Barselona”dan 16 xal geridədir. Peres xəbərdardır ki, futbolçular portuqaliyalı baş məşqçinin mümkün qədər tez getməsini istəyirlər. Zidanın fikrincə, Lippi komandadakı böhranın öhdəsindən mümkün qədər tez gələ bilər. Fransalı ulduz qocaman baş məşqçini mövsümün axırınadək gətirməyi, sonra isə onunla tam müqavilə bağlamağı məqsədəuyğun sayır.

 

Hazırda Lippi dünyanın ən ödənişli baş məşqçisidir və Çinin “Quanqju” komandasına rəhbərlik edir. Lakin “Real Madrid”dən təklif alsa, o, çətin ki, imtina etsin.

 

Qeyd edək ki, hazırda klub daxilində ab-hava da yaxşı deyil. Joze Mourinyo La Liqanın ötən turunda “Malaqa” ilə oyun zamanı kapitan qapıçı İker Kasilyası ehtiyatda saxlayıb. Bəzi məlumatlara görə, Kasilyas Mourinyonu tənqid etdiyi üçün baş məşqçinin qəzəbinə tuş gəlib. Oyun isə “Malaqa”nın qələbəsi ilə yekunlaşıb – 3:2.

 

 

# 1380
avatar

Oxşar yazılar