Zədəli, cəzalı, əsgər futbolçular...
16 aprel 2013 15:31 (UTC +04:00)

Zədəli, cəzalı, əsgər futbolçular...

“Xəzər Lənkəran” klubu futbol üzrə Azərbaycan Kubokunda “Bakı” ilə keçirəcəyi ilk yarımfinal matçına itkilərlə çıxacaq. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, zədəli Alvaro Silva bərpa məşqlərini fərdi qaydada davam etdirir.

 

Elnur Abdullayev cəza səbəbindən qarşıdakı oyunu buraxacaq. Ağabala Ramazanov isə hərbi xidmətdədir.

 

Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” matçı aprelin 17-də olacaq. “Bakı” klubunun təlim-məşq bazasında keçiriləcək görüş saat 16:00-da başlanacaq.

 

 

# 512
avatar

Oxşar yazılar