Yol polisi məşhur futbolçunu sərxoş vəziyyətdə yaxaladı
04 dekabr 2016 15:20 (UTC +04:00)

Yol polisi məşhur futbolçunu sərxoş vəziyyətdə yaxaladı

0

“Mançester Siti”nin futbolçusu Yaya Ture sərxoş halda avtomobil idarə edərkən saxlanılıb. BBC xəbər yayıb ki, hadisə ötən həftə baş verib.

 

Polis afrikalı futbolçunu saxlayarkən onun normadan artıq spirtli içki qəbul etdiyi üzə çıxıb.

 

Artıq iş məhkəməyə qədər gedib çıxıx. Faktla əlaqədar dekabrın 13-ü üçün məhkəmə prosesi təyin edilib.

 

Maraqlıdı ki, 2012-ci ildə oyunların birindən sonra matçın ən yaxşı oyunçusuna verilən spirtli içkidən imtina edən Yaya Ture bunu müsəlman olması ilə əlaqələndirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar