Yoahim Löv ilin ən yaxşı baş məşqçisi seçildi
13 yanvar 2015 01:38 (UTC +04:00)

Yoahim Löv ilin ən yaxşı baş məşqçisi seçildi

0

FİFA 2014-cü ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb.

 

Apasport.az saytının məlumatına görə, bu, Almaniya millsinin çalışdırıcısı Yoahim Lövdü.

 

Bundestimi dünya çempionu edən təcrübəli mütəxəssis respondentlərin 36,23% səsini qazanıb. İkinci yeri 2013/2014 mövsümüdə “Real”la Çempionlar Liqasına sahib olan Karlo Ançelotti (22,06%) tutub. 19,02% səslə “Atletiko”nun baş məşqçisi Dieqo Simeone isə üçüncü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, 54 yaşlı Löv 2006-cı ildən Almaniya yığmasında işləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar