“Hər klubun oyununu izləmişəm. Daha çox “Qarabağ”ın matçına baxmışam. Çünki Avropa Liqasında çıxış edirdi. Təəssüflər olsun ki, “Qarabağ” Avroliqadakı çıxışını dayandırdı. “Sent-Etyen”lə səfər və “İnter”lə Bakıdakı oyunlara baxmışam. “Xəzər Lənkəran”ın oyun stili mənim çox xoşuma gəlir”. Lent.az-ın xəbərinə görə, bu sözləri apasport.az-a müsahibəsində yığmanın baş məşqçisi Robert Prosineçki deyib.
Cənubluların həm topsuz, həm də topla yaxşı oynadığını bildirən Robert Prosineçki millinin hücumameyilli futbol nümayiş etdirəcəyini də sözlərinə əlavə edib: “Hansı stildə oynamağımızın fərqi yoxdu, əsas odu hücumameyilli oyun göstərək. Sözsüz ki, “Qarabağ”ın heyətində keyfiyyətli futbolçu daha çoxdu. Amma oyun stilinə görə “Xəzər Lənkəran”ı daha çox bəyənirəm. “Xəzər Lənkəran”ın “Bakı” ilə keçirdiyi son görüşündən razı qalmadım. Əvvəlki matçlarda daha güclü təsir bağışlamışdılar. “Neftçi” də pis komanda deyil”.