Yığmamızın yeni baş məşqçisi mərkəzi arenada
07 dekabr 2014 13:43 (UTC +04:00)

Yığmamızın yeni baş məşqçisi mərkəzi arenada

0

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının XV turu çərçivəsində bu gün keçiriləcək daha bir oyunu izləyəcək. Apasport.az saytının xəbərinə görə, xorvatiyalı mütəxəssisin öncədən start fiti saat 17:00-da veriləcək “Xəzər Lənkəran” – “Qəbələ” matçını izləyəcəyi bildirilsə də, o, derbini də diqqətdən kənarda qoymayıb.

 

Belə ki, Prosineçki Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" (saat 15:15) görüşünü də izləyənlər arasında olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar