Yığmamızın 236-cı sınağı
23 mart 2018 12:55 (UTC +04:00)

Yığmamızın 236-cı sınağı

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız 2018-ci ilin ilk ev matçında Belarusla yoxlama oyununda qüvvəsini sınayacaq.


Bu, komandamızın 26 illik tarixində 236-cı matç olacaq. İlk oyununu 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız arxada qalan müddətdə 235 qarşılaşmada meydana çıxıb.

 

Millimiz indiyədək 44 qələbə qazanıb. 63 dəfə heç-heçə edən komandamız 128 məğlubiyyət alıb. Millimiz bu matçlarda 170 dəfə rəqib qapısına yol tapıb. Qapıçılarımız rəqiblərinin 400 qoluna üzülüb.

 

 

Komandamız yoldaşlıq oyunları və kiçik mini turnirlərdə 118-ci sınağına çıxacaq. İndiyədək yığmamız 117 belə görüş keçirib. Hesabında 31 qələbə və 40 heç-heçəsi olan yığma 46 dəfə uduzub. 105 qol vuran milli öz qapısından 149 qol buraxıb.

 

Belarusla görüş yığmamızın baş məşqçisi Qurban Qurbanovun millimizdə 2-ci sınağı olacaq. O, komandanı bunadək yalnız Moldova ilə Antalyada keçirilən yoxlama matçına (0:0) çıxarıb. Bakı Olimpiya Stadionundakı qarşılaşma həm də Qurbanovun ilk ev sınağıdı.

 

Komandamız bu görüşə 3 matçlıq qələbə həsrəti ilə çıxacaq. Ötən il sentyabrın 4-də San-Marinonu 5:1 hesabı ilə yenən komandamız ardınca Çexiya (1:2), Almaniya (1:5) və Moldova (0:0) ilə oyunlarda qalib gələ bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar