Türkiyənin Antalya şəhərində keçirilən O-sport döyüş növləri üzrə keçirilən dünya çempionatına yekun vurulub. Apasport.az-ın məlumatına görə, mundial Azərbaycan millisi üçün uğurlu alınıb. Belə ki, yarışa 27 idmançı ilə qatılan komandamız vətənə 8 qızıl, 7 gümüş və 6 bürünc medalla qayıdıb. Böyük yaş qrupunda
Renat Ramazanoğlu (63 kq), Orxan Orucov (64 kq), Sərxan Orucov (75 kq), Ruslan Məmmədli (68 kq) və Ceyhun Fərzəliyev (+95 kq) qızıl medalla kifayətləniblər.
Yeniyetmələrin yarışında 1 qızıl və 4 gümüş mükafat qazanan millimiz yeniyetmələrin mübarizəsində 2 qızıl, 3 gümüş və 6 bürünc medala sahib olub.
Yığmamızın heyətində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Ayxan Qürbətli (28 kq) 3 döyüşündən birini nokautla bitirib.
Qeyd edək ki, yığmamız komanda hesabında 18 ölkə arasında 1-ci olub. İkinci yeri İran, üçüncü pilləni isə Türkiyə tutub.