Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız 2015-ci ildəki ilk sınağında Qazaxıstanın “Atırau” klubu ilə üz-üzə gəlib.
2:1 hesablı qələbə qazanan komandamız fasiləyə 31-ci dəqiqədə Taşkın İlterin vurduğu qolla öndə yollanıb. "Atırau" 54-cü dəqiqədə tarazlığı bərpa etsə də, matçın son dəqiqələrində Azər Salahlı komandamıza qələbə qazandıran qola imza atıb.