Yığmamız Lüksemburqla heç-heçə oynadı
28 dekabr 2016 19:16 (UTC +04:00)

Yığmamız Lüksemburqla heç-heçə oynadı

0

Lüksemburqda olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, komandamız ev sahibləri ilə gücünü yoxlayıb.

 

Qarşılaşma heç-heçə başa çatıb. Voleybolçularımız 2 dəfə önə keçsə də, yekunda qalib müəyyənləşməyib - 2:2 (25:21; 20:25; 25:17; 21:25).

 

Qeyd edək ki, yığmamız Lüksemburqda beynəlxalq turnirdə qüvvəsini sınayacaq. İslandiya, Almaniya və ev sahiblərinin də iştirak edəcəyi yarış sabah başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar