Yaponiya milli komandasının hücumçusu Yosinori Muto “Maynts”la anlaşıb. Apasport.az saytının məlumatına görə, futbolçu bundesliqa klubuna “Tokio”dan keçib.
22 yaşlı hücumçu ilə 2019-cu ilin iyun ayına kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Muto ilə daha əvvəl “Çelsi” də maraqlanmışdı, ancaq yapon hücumçu “zadəganlar”ın təklifindən imtina etmişdi.