Həbs edilən "Neftçi" azarkeşlərinin görüntüləri yayıldı
25 fevral 2015 10:59 (UTC +04:00)

Həbs edilən "Neftçi" azarkeşlərinin görüntüləri yayıldı

0

Fevralın 19-u Azərbaycan Premyer Liqasının XXIII turunun "Neftçi" - "Qarabağ" oyunöncəsi (0:1) yaranan gərginlik matçsonrası pis nəticələrlə yadda qalıb. Lent.az-ın futbolpress.az-a istinadən məlumatına görə, qarşılaşmanın sonuna yaxın rәqib azarkeşlәr arasındakı gәrginlik oyunsonrası "razborkaya" çevrilmişdi.

Gərginlik polisin müdaxilәsiylә  9 "Neftçi" azarkeşi polis bölmәsinә aparılıb. Araşdırmalardan sonra onlardan iki nəfər saxlanmaqla, qalanları sərbəst buraxılıb. 

Saxlanılan iki nəfər barəsində isə 3 aylıq həbs qətimkan tədbiri seçilib və Şüvəlan İstintaq Tədricxanasına saxlanılır. 

Onlar cinayət məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinən Orxan Tanrıverdiyev vә Ümid Alışovdu. Hazırda onların əməlləri ilə bağlı əməliyyat və istintaq tədbirləri davam edir. 

Ümid  Alışov Bakı Dövlәt Universitetinin "Jurnalistika" fakültәsinin II kurs tələbəsi, Orxan Tanrıverdiyev isə Türkiyədə ali təhsil almaqçün imtahanlara hazırlaşan abituriyentdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 249

Oxşar yazılar