Ötənlərin məşhur futbolçusu Davor Şuker yenidən Xorvatiya Futbol İttifaqının prezidenti seçilib. Lent.az-ın məlumatına görə, Şuker quruma daha 4 il rəhbərlik edəcək.
O, ilk dəfə bu vəzifəyə 2012-ci ildə seçilib. Məhz sabiq hücumçunun rəhbərliyi dövründə Xorvatiya yığması 2014-cü il dünya çempionatına vəsiqə qazanmağı bacarıb. 2016-cı il Avropa çempionatının seçmə mərhələsində isə bu komanda Azərbaycan millisi ilə eyni qrupda yer alıb.
Qeyd edək ki, Xorvatiya və Azərbaycan yığmaları arasında ilk görüş oktyabrın 13-də Zaqrebdə, cavab qarşılaşması isə gələn il sentyabrın 3-də Bakıda olacaq.