Xorvatiya – Azərbaycan matçı isveçrəli hakimin ixtiyarında
10 oktyabr 2014 17:47 (UTC +04:00)

Xorvatiya – Azərbaycan matçı isveçrəli hakimin ixtiyarında

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Azərbaycan matçının hakimləri müəyyənləşib. Lent.az-ın məlumatına görə, qarşılaşma isveçrəli hakim Stefan Ştuderə həvalə edilib. Ştuder yığmamız üçün yad hakim deyil. Belə ki, o, AVRO-2012-nin seçmə mərhələsində Bakıda Avstriyaya qarşı keçirdiyimiz görüşdə (1:4) də ədaləti qorumuşdu. Ona Sandro Pozzi və Yan-Yves Viçt yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Vital Yobin icra edəcək.

Qeyd edək ki, Xorbatiya – Azərbaycan oyunu oktyabrın 13-də baş tutacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar