Xocalı faciəsinin ildönümü ilə əlaqədar “Mahir nişançı”lar yarışacaq
22 fevral 2013 18:53 (UTC +04:00)

Xocalı faciəsinin ildönümü ilə əlaqədar “Mahir nişançı”lar yarışacaq

Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar güllə atıcılığı üzrə “Mahir nişançı” adlı VII Respublika turniri keçiriləcək. Lent.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi turnir ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında fevralın 25-də baş tutacaq.

 

Turnirə 40 ali və orta ixtisas təhsili müəssisəsinin 160 tələbəsi qatılacaq. Əsas məqsəd XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etmək, gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərilməsi, güllə atıcılığı üzrə idman növünün geniş təbliğ edilməsidir.

# 482
avatar

Oxşar yazılar