Xəzər Lənkəran”dan ilk rəsmi transfer
26 dekabr 2012 15:22 (UTC +04:00)

Xəzər Lənkəran”dan ilk rəsmi transfer

“Xəzər Lənkəran” klubu qış transfer dövründə ilk futbolçu transferini həyata keçirib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, cənub təmsilçisi türkiyəli hücumçu Gökhan Güləçlə 2 illik müqavilə bağlayıb.

 

“Beşiktaş”ın sabiq oyunçusunun sonuncu klubu “Şanlıurfaspor” olub. 27 yaşlı forvard karyerasına 2003-cü ildə “İnegölspor”da başlayıb. O, sonradan “Qaziantepspor” (2004 - 2005, 17 oyun, 4 qol), “Beşiktaş” (2005 - 2007, 35 oyun, 8 qol), “Dənizlispor” (2007-2008, 13 oyun, 1 qol), “Bursaspor” (2008-2009, 28 oyun, 6 qol), “Kasımpaşa” (2009 - 2012, 28 oyun, 7 qol). Güləç Türkiyənin U-20 (10 oyun) və U-21 (6 oyun) yığmalarında da çıxış edib və üst-üstə 4 qol vurub. Eyni zamanda təcrübəli futbolçu “Beşiktaş”la 2005 və 2006-cı illərdə Türkiyə Kubokunu, 2005-ci ildə Türkiyə Superkubokunu qazanıb.

 

# 733
avatar

Oxşar yazılar