Xəzər Lənkəran futbol komandasının yeni baş məşqçisi Jan Benjamin Toşaq Azərbaycana gəlib. Lent.az-ın məlumatına görə, Bakıdakı Heydər Əliyev adına beynəlxalq hava limanının VİP çıxışında onu klubun vitse-prezidenti Tuyqun Nadirovla birgə çıxıblar. Toşakı azarkeşlər qrupu və klubun digər rəsmiləri qarşılayıblar.
Uelsli mütəxəssis jurnalistlərə qısa açıqlama da verib: “Bu mənim Azərbaycana üçüncü gəlişimdir. Əvvəlki iki səfəri Uels yığmasının baş məşqçisi kimi etmişəm. Ölkənizdə mənə yaxşı münasibət görmüşəm. Ailəmdən və vətənimdən aralı olsam da yeni işim mənim üçün maraqlı olacaq. Xəzər Lənkəranın vəziyyətindən məlumatım var, bilirəm ki heç də yaxşı deyil. Lakin buradakı işimin uğurlu alınacağına inanıram”.
Qeyd edək ki, Jan Benşamin Toşak martın 17-də Bakıdakı Hilton otelində Xəzər Lənkəranla müqavilə bağlayacaq və jurnalistlər üçün mətbuat konfransı keçirəcək.