Xaybula Musalov: "Gümüş medal mənim üçün elə də uğur deyil"
27 iyun 2015 21:22 (UTC +04:00)

Xaybula Musalov: "Gümüş medal mənim üçün elə də uğur deyil"

“Bərabər səviyyəli döyüş oldu. Qalibi mühakimə etmirlər. Hər şey Allahın əlindədi, deməli, belə olmalı idi”. Bu sözləri apasport.az saytına açıqlamasında I Avropa Oyunlarının gümüş mükafatçısı Xaybula Musalov deyib.

 

75 kq çəki dərəcəsində finalda irlandiyalı Maykl O Reylli ilə qarşılaşan boksçumuz məğlubiyyətlə üzləşib. Nəticədə Musalov yarışı ikinci pillədə başa çatdırıb.

 

O bildirib ki, qazandığı nəticədən tam razı deyil: “Mən əlimdən gələni etdim. Maksimalist insanam. Gümüş medal mənim üçün elə də uğur deyil. Əgər birinci deyiləmsə, ümumiyyətlə, medal almamaq daha yaxşı olardı. Təskinlikverici odu ki, dünya çempionatına vəsiqə qazandım. İnşallah, orda yaxşı çıxış etməklə, Olimpiadaya vəsiqə qazanmağa çalışacam”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar