Xanlar Fətiyev Avropa Su İdman Növləri Federasiyasından yardım istədi
01 fevral 2013 04:18 (UTC +04:00)

Xanlar Fətiyev Avropa Su İdman Növləri Federasiyasından yardım istədi

0

Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) yeni prezidenti Xanlar Fətiyevin başçılıq etdiyi nümayəndə heyəti Avropa Su İdman Növləri Federasiyasının (LEN) prezidenti Paolo Barelli ilə görüşüb. AÜF-dən Lent.az-a verilən məlumata görə, görüşdə Barelli Azərbaycanın idman sahəsində əldə etdiyi uğurları, ölkənin olimpiya hərəkatında rolunu yüksək qiymətləndirib.

 

O, Azərbaycan nümayəndə heyətini Bakının 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarının təşkilatçılıq hüququnu qazanması münasibətilə təbrik edib. Görüşün yekunu olaraq, menecment və məşqçilərin hazırlanması üzrə gələcəkdə işlərin təşkili, treninqlərin keçirilməsi, həmçinin iri beynəlxalq tədbirlərin təşkilində yardım üçün LEN-in Azərbaycandan olan həmkarlarına kömək etmələrinə dair razılıq əldə edilib. Öz növbəsində, AÜF nümayəndələri LEN-in himayəsi altında keçirilən bütün beynəlxalq yarışlarda iştirak etməyə hazır olduqlarını bildiriblər.

 

Qeyd edək ki, Paolo Barelli həm də Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) katibi, İtaliya Olimpiya Komitəsinin vitse-prezidenti və bu ölkənin Üzgüçülük Federasiyasının rəhbəridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 875

Oxşar yazılar