Vüqar Həşimovun xatirəsinə turnir keçirilib
24 iyul 2014 15:21 (UTC +04:00)

Vüqar Həşimovun xatirəsinə turnir keçirilib

Bu gün görkəmli şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan 12 yaşadək uşaqlar arasında beynəlxalq turnirə start verilib. Lent.az-ın məlumatına görə, beynəlxalq turnirdə Rusiya, Fransa, Gürcüstan, Türkiyə, İran və digər olkədən yeniyetmələr iştirak edir

100-dən çox yeniyetmənin iştirak etdiyi Vüqar Həşimov Memorialı 9 turdan ibarət olacaq. Qaliblər Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak etmək imkanı qazanacaq. Qalib şahmatçı eyni zamanda Vüqar Həşimov Kubokuna sahib çıxacaq. Gümüş medalçı isə Baku Open turnirinə dəvət alacaq. Bürünc mükafatçı Naxçıvan Opendə iştirak edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar