Belaruslu tennisçi Viktoriya Azarenko ardıcıl ikinci il “Böyük dəbilqə” seriyasından Avstraliyanın açıq çempionatının qalibi olub. Lent.az-ın məlumatına görə, 23 yaşlı idmançı qadınların fərdi mübarizəsində finalda çinli Na Lini məğlub edib – 4:6, 6:4, 6:3.
Görüş 2 saat 40 dəqiqə davam edib. İkinci setdə Li ayağından zədə alıb və iki dəfə tibbi taym-aut götürüb.
Qeyd edək ki, Viktoriya Azarenko “Böyük dəbilqə” seriyalı turnirlərdə hər iki qələbəni məhz Avstraliyada əldə edib. 31 yaşlı Na Li isə Avstraliyanın açıq çempionatında 2 dəfə finalda çıxış etsə də, qalib ola bilməyib. Kişilərin fərdi mübarizəsində final görüşü yanvarın 27-də böyük britaniyalı Endi Mürrey və serbiyalı Novak Cokoviç arasında keçiriləcək.