Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Lixtenşteyn yığması ilə yoldaşlıq matçından sonra fikirlərini “Facebook” vasitəsilə paylaşıb. Lent.az xəbər verir ki, Cavadov penalti qolu üçün aldığı təbriklərə görə minnətdarlıq edib.
Bununla yanaşı, hücumçu yorğun olduğunu gizlətməyib: “Təbriklər üçün hər kəsə təşəkkürlər... yorğunam”.
Qeyd edək ki, Vaqif Cavadov Azərbaycan millisinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirdiyi təlim-məşq toplantısına “Qarabağ”ın düşərgəsindən yollanıb. Lixtenşteynlə matçda millimiz 2 penalti vurmaq imkanı qazanıb. Bunların birincisindən Rəşad Sadiqov yararlana bilməyib. Vaqif Cavadov isə yığmamızın qələbə topunun müəllifi olub – 1:0.