Van Persi bürünc medalını "general"a hədiyyə etdi
13 iyul 2014 11:47 (UTC +04:00)

Van Persi bürünc medalını "general"a hədiyyə etdi

Futbol üzrə dünya çempionatının üçüncü yeri uğrunda keçirilən Braziliya - Hollandiya oyununun (0-3) sonunda maraqlı hadisə baş verib. Lent.az-ın məlumatına görə, hollandiyalı futbolçu və texniki heyətin mükafatlandırilmasından sonra komandanın hücumçusu Robin van Persi tribunaya tərəfə qaçıb və ona təqdim olunan bürünc medalı, həmçinin kapitan sarğısını “Narıncı general” ləqəbli azarkeşə hədiyyə edib.

Qeyd edək ki, bu azarkeş 1994-cü ildən hərbi uniformada Hollandiya millisinin oyunlarını izləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2263

Oxşar yazılar