Valdes “Barselona” ilə yeni müqavilədən imtina etdi
18 yanvar 2013 10:40 (UTC +04:00)

Valdes “Barselona” ilə yeni müqavilədən imtina etdi

0

İspaniya milli komandasının qapıçısı Viktor Valdes “Barselona” futbol klubu ilə müqaviləsinin uzatmaqdan imtina edib. Lent.az-ın “AS”a istinadən verdiyi xəbərə görə, bu barədə qapıçının meneceri klub rəhbərliyini məlumatlandırıb.

 

O, Valdesin qərarının qəti olduğunu və əməkdaşlığı davam etdirməklə bağlı hər hansı təklif verməyin lüzumsuzluğunu söyləyib. 31 yaşlı qolkiperin “Barsa” ilə anlaşması 2014-cü il iyunun 30-dək nəzərdə tutulub. Klubu sövdələşməni daha 3 il uzatmağın əleyhinə olmasa da, Valdes gücünü digər çempionatda sınamaq niyyətindədir.

 

Artıq “Barsa” rəhbərliyi yeni qapıçı axtarışlarına başlayıb. Namizəd qismində David de Xea (“Mançester Yunayted”, İngiltərə), Visente Quayta (“Valensiya”), Mark-Andre ter Ştegen (“Borussiya” Mönhenqladbax, Almaniya), Manuel Noyer (“Bavariya”, İspaniya), Marten Stekelenburq (“Roma”, İtaliya) və Tibo Kurtua (“Atletiko”, İspaniya) göstərilir.

 

Qeyd edək ki, Viktor Valdes “Barselona”nın yetirməsi sayılır. O, klubun əsas heyətində 2002-ci ildən meydana çıxmağa başlayıb. Valdes Kataloniya komandasının heyətində 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqasını, İspaniya millisində isə 2010-cu il dünya və 2012-ci il Avropa çempionluğunu qazanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1116

Oxşar yazılar