
Ulduz futbolçu həbsxanada zədələndi
“Boka Xuniors”un hücumçusu Karlos Tevezin həbsxana ziyarəti zədələnməsi ilə nəticələnib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard ordakı oyunda ayağından xəsarət alıb.
Məsələ burasındadı ki, Tevez həbsxanada olan qardaşının təklifi ilə futbol oyununa qatılıb. Lakin matçın gedişində ulduz futbolçu zədələnib. Əzələsində problem aşkarlanan 33 yaşlı hücumçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, bu ilin əvvəlində Argentinaya qayıdan Karlos Tevez “Boka Xuniors”un heyətində keçirdiyi 7 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar yazılar

Yamal həqiqətən müğənni ilə sevişir? Qızı oyunda görüblər
17 avqust 2025 , 13:32
Salah Premyer Liqanın ilk turunda qol vuran rekordçudur: dörd əfsanə geridə qaldı
17 avqust 2025 , 10:03
"Bavariya" Almaniya Superkubokunu qazandı
17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi
17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı
16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı
16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi
16 avqust 2025 , 16:40