Soçidə qış paralimpiya oyunlarının açılışında idmançıların təntənəli paradı olub. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Ukraynanın yalnız bir nəfər atlet – xizəkçi və biatlonist Mixail Tkaçenko təmsil edib.
Ukraynanın idman və gənclər naziri Dmitri Bulatvo «facebook» səhifəsində yazıb ki, Rusiyanın ölkəsinə qarşı fəaliyyətinə Ukrayna millisi öz etirazını bu sayaq bildirib,
Rusiya KİV-in məlumatına görə, tamaşaçılar ukraynalı idmançını ayaqüstə alqışlayıb.
Ukrayna paralimpiya komitəsinin prezidenti Vitali Suşkeviç isə bildirib ki, ukraynalılar yarışda xüsusi formatda iştirak edəcək.