Ukrayna yığmasında yeni baş məşqçi
26 dekabr 2012 17:13 (UTC +04:00)

Ukrayna yığmasında yeni baş məşqçi

Futbol üzrə Ukrayna milli komandasının baş məşqçi postuna Mixail Fomenko təyin olunub. Lent.az-ın məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının (UFF) İcraiyyə Komitəsi qərar qəbul edib.

 

64 yaşlı mütəxəssisin namizədliyini komitənin bütün üzvləri yekdilliklə dəstəkləyiblər. Fomenkodan əlavə, baş məşqçi vəzifəsinə isveçli mütəxəssis Sven-Yoran Eriksson da namizəd olub. Lakin o, iclasa qatılmayıb.

 

Qeyd edək ki, Mixail Fomenko Ukrayna yığmasının sükanı arxasında Oleq Bloxini əvəzləyib. Bloxin hazırda Kiyev “Dinamo”sunda eyni vəzifəni tutur. UFF Andrey Şevçenko və Harri Rednappa da baş məşqçi postunu təklif edib. Lakin onlar imtina ediblər.

 

Fomenko məşqçi karyerasına 1980-ci illərdə başlayıb. O, 1993-cü ildə Kiyev “Dinamo”suna Ukrayna çempionluğu və kubokunu qazandırıb. Təcrübəli mütəxəssis son iş yeri Belqorod “Salyut”undan 2011-ci ildə ayrılıb.

# 802
avatar

Oxşar yazılar