Ukrayna çempionatı ultramillətçilərə tapşırıldı
12 mart 2014 11:13 (UTC +04:00)

Ukrayna çempionatı ultramillətçilərə tapşırıldı

Futbol üzrə Ukrayna çempionatı matçlarında təhlükəsizliyi ultramillətçilər və hüquq-mühafizə orqanları qoruyacaqlar. Lent.az-ın məlumatına görə, bu barədə Ukraynanın gənclər və idman naziri Dmitri Bulatov açıqlama verib.

 

O bildirib ki, təhlükəsizlik qüvvələri futbol matçları zamanı insident və təxribatlardan yayınmaq üçün fövqəladə hallarda necə hərəkət edəcəklərinə dair razılığa gəliblər. Nazir çempionatın martın 15-də bərpa ediləcəyini də söyləyib. Həmin gün 21-ci tur çərçivəsində “Metallurq” (Donetsk) – “İlyiçevets”, “Karpatı” – “Volın”, “Dnepr” – “Sevastopol” matçları nəzərdə tutulub.

 

Qalan oyunlar isə martın 16-da olacaq. Həmin gün Simferopol “Tavriya”sı “Dinamo”nu elə Kiyevdəki “Olimpiyski” stadionunda qəbul edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 970

Oxşar yazılar