Uelsin daha bir klubu İngiltərə Premyer Liqasında
17 aprel 2013 11:23 (UTC +04:00)

Uelsin daha bir klubu İngiltərə Premyer Liqasında

0

Futbol üzrə İngiltərə Premyer Liqasında Uelsin daha bir klubu mübarizə aparacaq. Lent.az-ın məlumatına görə, bu, “Kardiff Siti”dir.

 

Ötən turun görüşündə “qaranquşlar” “Çarlton”la qolsuz heç-heçə edərək, yüksək liqaya vəsiqə qazanıb. Növbəti birbaşa vəsiqəyə isə “Uotford”la “Hall Siti” iddialıdır.

 

Qeyd edək ki, hazırda Premyer Liqada Uelsin “Suonsi” klubu mübarizə aparır. Bu klub çempionatın sonuna 6 tur qalmış 20 komanda arasında 41 xalla 9-cu pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 879

Oxşar yazılar