UEFA İbrahimoviçi bağışlamayacaq
13 mart 2015 00:43 (UTC +04:00)

UEFA İbrahimoviçi bağışlamayacaq

0

UEFA PSJ-nin futbolçusu Zlatan İbrahimoviçin qırmızı vərəqəsinin ləğvi ilə bağlı müraciətə martın 19-da baxacaq. Apasport.az saytının məlumatına görə, qitənin ali futbol qurumu isveçli futbolçunu bağışlamayacağı xəbəri yayılıb.

 

Belə ki, “Sky Sports”un UEFA-nın yaxın mənbədən aldığı məlumata əsasən, İbrahimoviçə göstərilmiş qırmızı vərəqinin ləğv olunması şansı yoxdu.

 

Qeyd edək ki, İbrahimoviç Çempionlar Liqasının 1/8 finalının "Çelsi" ilə cavab matçının (2:2) 31-ci dəqiqəsində Oskara qarşı təhlükəli oyunamasına görə qırmızı vərəqə ilə cəzalandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar