UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “İnter”lə (İtaliya) görüşü zamanı kobud hakim səhvinin qurbanı olan “Qarabağ”ın şikayəti ilə bağlı qərarını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu 0:0 hesabı ilə başa çatan görüşün son dəqiqələrində vurulan qolun hesaba alınmamağı ilə bağlı iradını bildirən Ağdam təmsilçisinin haqlı olduğu qənaətinə gəlib.
UEFA Miroslav Zelinkanın başçılıq etdiyi hakimlər briqadasının təmiz qolu qeyd almamaqla, səhvə yol verdiyini etiraf edib. Bu üzdən də “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin matçın yenidən keçirilməsi və ya nəticənin dəyişdirilməsinin mümkünsüzlüyü fonunda çexiyalı hakimlərin cəzalandırılması tələbi haqlı irad kimi dəyərləndirilib.
Gözlənildiyi kimi, oyunun yenidən keçirilməsi haqqında qərar qəbul olunmayıb. Amma UEFA-nın baş tutan iclasında qəbul olunan qərarda hakimin oyunda fərdi xətaya yol verdiyi öz əksini tapıb. Qurum “Qarabağ” nə qədər təmiz qol vursa da, hakim qərarıyla əngəllənməsi, həmin epizodda qaydalarının pozuntusunun olmaması fikri ilə tam razılaşıb. Sonda belə kobud səhvə yol verən çexiyalı hakimin cəzalandırılacağı vurğulanıb.
Lakin UEFA rəsmiləri hakimlərlə bağlı qərarın nə vaxt veriləcəyini açıqlamayıb. Çexiyalını gözləyən hər hansı cəzanın müddəti ilə bağlı də hər hansı açıqlama verilməyib.
Qeyd edək ki, “İnter”lə Bakıda keçirilən qrup mərhələsinin son iyununda qalib gələcəyi halda, “Qarabağ” 2-ci yerin sahibi kimi 1/16 finala yüksələcəkdi. Ağdam təmsilçisini təmiz qələbədən məhrum edən Zelinka həm də komandamızın növbəti mərhələyə yolunu bağlayıb. Bu səhv sayəsində qrup ikincisi olan Ukrayna “Dnepr”i isə ilk matçı fevralın 19-da baş tutacaq 1/16 finalda Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.