Avropa Futbol Assosiasiyası yeni qətnamə qəbul edib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həmin sənəddə bildirilib ki, oyun zamanı irqçi xarakterli olaylar meydana çıxarsa, oyun dayandırılsın.
Qətnamədə məşqçi və oyunçulara tövsiyə olunub ki, irqçiliyə qarşı çıxsınlar və bu yöndə çıxış edənləri tənqid etsinlər.