UEFA “Fənərbaxça”nı da cəzalandırdı
25 iyun 2013 22:50 (UTC +04:00)

UEFA “Fənərbaxça”nı da cəzalandırdı

UEFA Nizam-İntizam Komitəsi “Beşiktaş”ın ardından “Fənərbaxça” ilə də bağlı son qərarını verib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu İstanbulun digər klubunu da avrokubok oyunlarından uzaqlaşdırıb.

Belə ki, Nizam-İntizam Komitəsi “qara qartallar”ı 1 il müddətinə cəzalandırmışdırsa, “Fənərbaxça”ya daha çox “2+1” sxemi ilə avrokubok oyunlarından kənarlaşdırıb. 

Bununla bağlı “sarı bülbüllər” Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. CAS etirazları araşdırdıqdan sonra ən gec iyulun 15-nə qədər qərar verəcək.

Qeyd edək ki, daha əvvəl UEFA müfəttişləri Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı araşdırmalarını tamamladıqdan sonra “Fənərbaxça” və “Beşiktaş”la bağlı dosyeləri ali futbol qurumunun cəza orqanı olan Nizam-İntizam Komitəsinə göndərmişdi. UEFA müfəttişi Migel Palasios “Fənər”in növbəti 2 mövsüm Avropa Kuboklarında uzaqlaşdırmasını, klub prezidenti Əziz İldırım, Şekip Mosturoğlu, İlhan Ekşioğlu, Əli Yıldırım və Cəmil Turanın isə cəzalanmasını tələb etmişdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1336
avatar

Oxşar yazılar