UEFA-nın və İspaniyanın “Real Madrid” klubunun fəxri prezidenti Alfredo Di Stefano 86 yaşında ailə qurmağı qərara alıb. Lent.az-ın “El Mundo” nəşrinə istinadən verdiyi məlumata görə, əfsanəvi futbolçu mayın 4-də 36 yaşlı katibəsi Cina Qonsaleslə evlənəcək.
Di Stefano 8 il əvvəl dul qalıb. Əvvəlki həyat yoldaşından olan övladları onun yenidən ailə qurmasına qarşı çıxıblar. Lakin özü qoca çağında katibəsi ilə münasibətlərini rəsmiləşdirməkdən çəkinməyib. Bu səbəbdən, İspaniya millisinin sabiq hücumçusu övladlarının istəyini rədd edib.
Qeyd edək ki, Cina Qonsales təkcə katibə yox, vəkil və “Marca” nəşrinin idman jurnalistidir. O, Alfredo Di Stefano ilə 2007-ci ildə dahi futbolçu barədə bioqrafiya yazdığı vaxt tanış olub.