Türkiyə milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, qardaş ölkənin yığması Çexiya ilə münasibətlərinə aydınlıq gətirib.
Matç “ay-ulduzlular”ın məğlubiyyəti ilə nəticələnib. Çexlər ilk hissədə vurduğu iki qolla oyunun taleyini həll edib – 0:2.
Beləliklə, Abdullah Avçının komandası 2013-cü ildə ilk məğlubiyyəti ilə üzləşib.
Qeyd edək ki, Türkiyə çexlərlə 6-cı dəfə qarşılaşıb. 5-i rəsmi 1-i yoldaşlıq oyununun 3-də qonaqlar, 2-də meydan sahibləri qələbə qazanıb. 1 matç isə heç-heçə ilə başa çatıb.
Türkiyə – Çexiya – 0:2
Kreyçi, 3, Lafata, 28