Maşın həvəskarı olan “Fənərbağça”nın futbolçusu Caner Erkin avtomobilini dəyişib. Lent.az-ın məlumatına görə, türkiyəli müdafiəçi 2015-ci ilin modeli olan “Mercedes Viano” markalı avtomobil alıb. Caner yeni maşınını həyat yoldaşı Asena Erkinin istəyi ilə dizayn etdirmək qərarına gəlib. “Mercedes Viano”nun salonuna tamamilə dəri örtük çəktirən cütlük maşının içində soyuducu və televizor da yerləşdirib.
Bu avtomobil Erkin ailəsinə 170 min avroya başa gəlib.