Türkiyənin daha bir iddialı futbol komandasında baş məşqçi istefası baş verib. Lent.az-ın məlumatına görə, bu dəfə Ertuğrul Sağlam “Bursaspor”un sükanını tərk edib.
Sağlam yanvarın 28-də keçirdiyi mətbuat konfransında qərarını rəsmən açıqlayıb. Klub prezidenti İbrahim Yazıçı onu qərarından dönməyə çağırsa da, səyləri nəticə verməyib.
“Bursaspor” Türkiyə Superliqasının 19-cu turunda səfərdə “İstanbul BB”yə 1:4 hesabı ilə uduzaraq, 6-cı pilləyə enib. Ölkə kubokunda isə “timsahlar” qrup mərhələsində 4 tura 3 xal yığıb və yarımfinala vəsiqə şanslarını xeyli çətinləşdirib.
Qeyd edək ki, daha öncə Şenol Günəş də “Trabzonspor”un baş məşqçi postunu tərk edib.