Türkiyə superliqasında 2015/2016 mövsümünə start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. Mövsümün açılış matçında "Fənərbaxça" və "Eskişehirspor" üz-üzə gəlib. Ötən mövsümün gümüş mükafatçısı olan "Fənərbaxça" doğma azarkeşləri önündə 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, superliqanın ilk turuna avqustun 17-də keçiriləcək "Gənclərbirliyi" - "Rizəspor" oyunu ilə yekun vurulacaq.
14 avqust
Türkiyə superliqası, I tur
00:00. "Fənərbaxça" - "Eskişehirspor" - 2:0
Qol: Musa Sou, 45+1, Fernandao, 45+3
15 avqust
"Trabzonspor" - "Bursaspor"
"Başakşəhər" - "Antalyaspor"
"Sivasspor" - "Qalatasaray"
16 avqust
"Konyaspor" - "Akhisar"
"Osmanlıspor" - "Kayserispor"
"Qaziantepspor" - "Kasımpaşa"
"Mersin" - "Beşiktaş"
17 avqust
"Gənclərbirliyi" - "Rizəspor"