Türkiyə prezidenti “Fənərbağça”nı təbrik etdi
12 aprel 2013 11:23 (UTC +04:00)

Türkiyə prezidenti “Fənərbağça”nı təbrik etdi

Türkiyə prezidenti Abdullah Gül futbol üzrə Avropa Liqasında yarımfinala yüksələn “Fənərbağça” klubunu təbrik edib. Lent.az-ın məlumatına görə, Gül bu məqsədlə baş məşqçi Aykut Kocamana telefon açıb.

 

O, təbriklərini çatdırdıqdan sonra “Fənər”in prezidenti Aziz Yıldırıma teleqram göndərib: “Əzmin və inancın əsəri olan bu önəmli uğura imza atan futbolçuları və “Fənərbağça” cameəsini təbrik edirəm”.

 

Qeyd edək ki, “Fənərbağça” ¼ finalda İtaliyanın “Latsio” klubunu evdə 2:0 hesablı qələbə, səfərdə isə 1:1 hesablı heç-heçə sayəsində üstələyərək, tarixində ilk dəfə Avropa Liqasının yarımfinalına vəsiqə qazanıb.

# 691
avatar

Oxşar yazılar