Türkiyə milli yoldaşlıq oyunu keçirib.
Qol.az-ın xəbərinə görə, Fatih Terimin rəhbərlik etdiyi komanda Əskişəhərdə Moldova yığması ilə üz-üzə gəlib.
Əsasən gənc futbolçularla mübarizə aparan “ay-ulduzlular” 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, türklər DÇ-2018-in seçmə mərhələsinin son oyununda Finlandiyanı 2:0 hesabı ilə məğlub edib.
27 mart
Yoldaşlıq oyunu
Türkiyə - Moldova – 3:1
Qollar: Əmrə Mor, 14 (1:0), Ahmet Çalık, 24 (2:0), Cengiz Ünder, 52 (3:0), Radu Ginsari, 90+1 (3:1)