Türkiyə Kubokunda 2016/17 mövsümündə ilk finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yarımfinalın ilk cavab görüşündə “Konyaspor”la “Kasımpaşa” qarşılaşıb.
Əvvəlki oyunda səfərdə 2:3 hesabı ilə məğlub olan “Konyaspor” doğma meydan amilini yaxşı dəyərləndirib. Riçard Bayiçin dublu ilə 2:0 hesablı qələbə qazanan Aykut Kocamanın yetirmələri ilk finalçı olublar.
Konyalıların rəqibinin adına isə bu gün oynanılacaq matçda aydınlıq gələcək. İlk görüşdə 2:2 hesablı bərabərliyə razılaşan “Başakşəhər” ilə “Fənərbaxça” cavab görüşündə münasibətlərinə aydınlıq gətirəcəklər.
Türkiyə kuboku
Yarımfinal, cavab oyunu
15 may
“Konyaspor” – “Kasımpaşa” – 2:0
Qollar: Bayiç, 18 (pen.), 58
İlk oyun: 2:3