Türkiyə Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, bu mərhələnin mərkəzi görüşündə “Beşiktaş” “Fənərbaxça”nı qəbul edib.
Erkən final adlandırılan qarşılaşma qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Matçdakı yeganə qolu Robin Van Persi vurub. Hollandiyalı vətəndaşı Lensin ötürməsi ilə 72-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, 1/4 finala yüksələn digər komandalar “Sivasspor”, “Kayserispor”, “Rizəspor”, “Başakşəhər”, “Kasımpaşa”, “Konyaspor” və “Akhisar” olub.