Türkiyə I Avropa Oyunlarına 153 idmançı ilə qatılacaq
30 mart 2015 00:23 (UTC +04:00)

Türkiyə I Avropa Oyunlarına 153 idmançı ilə qatılacaq

APA-nın Türkiyə Milli Olimpiya Komitəsinə istinadən verdiyi xəbərə görə, artıq bu ölkənin I Avropa Oyunlarına  20 idman növü üzrə iştirak edəcəyi dəqiqləşib.

 

Türkiyə Oyunlarda atıcılıq 4, atletika 1, bədii gimnastika 4,  basketbol 8, veloyarış 6, boks 13, qılıncoynatma 3, güləş 24, karate 11, stolüstü tennis 2, oxatma 2, çimərlik voleybolu 4, sambo 1, sinxron üzgücülük 10,  su polosu 13, triatlion 3, voleybol 24, üzgücülük 12,  cüdo 2,  kanoedə 6 nəfərlə təmsil olunacaq.

 

Oyunlarda iştirak edəcək idmançılardan 63-ü qadın, 90-ı kişidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265
avatar

Oxşar yazılar