Türkiyə çempionatında komanda sayı artırıldı
20 iyun 2013 11:20 (UTC +04:00)

Türkiyə çempionatında komanda sayı artırıldı

Türkiyə çempionatının I liqasında 2013-2014-cü il mövsümündə 18 yox, 19 komanda mübarizə aparacaq. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsi qərar çıxarıb.

 

Ötən mövsüm I liqaya girişi dondurulan “Ankaraspor” klubu bu dəfə çempionat iştirakçıları sırasına daxil edilib. 2 dövrəlik mübarizə nəticəsində 16 – 19-cu yerləri tutacaq 4 komanda II liqaya enəcək. Əvəzində aşağı liqada ilk 3 yeri tutanlar I liqaya yüksələcəklər.

 

Qeyd edək ki, azərbaycanlı futbolçulardan Rail Məlikov və Arif İsayev I liqa komandalarından “Dənizlispor”da, milliləşmiş Branimir Subaşiç isə “Orduspor”da yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775
avatar

Oxşar yazılar