Türkiyə - Latviya duelləri: ümumi hesab bərabərdir
13 oktyabr 2014 13:30 (UTC +04:00)

Türkiyə - Latviya duelləri: ümumi hesab bərabərdir

Avro-2016-nın seçmə mərhələsində işləri qaydasında getməyən Türkiyə yığması bu gün növbəti görüşünü keçirəcək.

Lent.az-ın məlumatına görə, “ay-ulduzlular” səfərdə Latviya millisi ilə qarşılaşacaqlar. Qeyd edək ki, bu, Türkiyə və Latviya arasındakı 5-ci qarşılaşma olacaq. Əvvəlki oyunlarda ümumi hesabda bərabərlik var. Belə ki, 4 oyundan 2-də heç-heçə qeydə alınıb. Digər 2 qarşılaşmada isə Türkiyə və Latviya hərəyə bir dəfə qələbə qazanıblar. Statistikanı və Türkiyə yığmasının hazırkı durumu nəzərə alsaq, deməli, Latviya ilə görüş də Fatih Terimin yetirmələri üçün asan keçməyəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750

Oxşar yazılar