Növbəti mövsümdən Topaz Premyer Liqasının formatı dəyişib. Lent.az-ın məlumatına görə, çempionat 10 komandanın iştirakı ilə 4 dövrədən ibarət olacaq.
Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında verilib. AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, I dəstədə komandaların iştirak ərizəsində 21 yaşadək ən azı 8 futbolçu olmalıdır. Kubokun formatı isə olduğu kimi saxlanılıb. Bu yay keçiriləcək Azərbaycan Superkubokunun qalibinə 100 min manat, finalçıya isə 50 min manat mükafat veriləcək.
Topaz Premyer Liqasının formatı dəyişib
910