Topaz Premyer Liqasında arxada qalan 18 tur ərzində keçirilməli olan 108-dən 106-ı baş tutub. Lent.az-ın məlumatına görə, daha 1 qarşılaşmanın nəticəsi ləğv olunub.
Beləliklə, baş tutmuş 105 matçı 214.470 tamaşaçı izləyib. Bu isə orta hesabla hər oyunda 2.043 seyrçinin gəlməsi deməkdir. Halbuki ötən mövsüm orta tamaşaçı sayı 2343-ə bərabər olub. Ötən çempionatın 18 turluq ilk bölümündə isə bu rəqəm 2564 idi.
Cari mövsümün ilk yarısında ən çox azarkeş Lənkəranda baş tutan “Böyük oyun”da qeydə alınıb. 17-ci turun “Xəzər Lənkəran”la “Neftçi” arasındakı qarşılaşmanı 9500 nəfər izləyib.
Çempionatın antirekordu isə bundan təxminən 63 dəfə az olub – 150 nəfər. Buna 2 dəfə təsadüf olunub. IX turun “Qarabağ” – “Bakı” və XVIII turun “Sumqayıt” – “Kəpəz” görüşlərində belə az izləyici olub. Bu matçlar müvafiq olaraq Tofiq Bəhramov adına Respublika stadionu və “Bayıl Arena”da baş tutub.
Komandaların ev oyunlarındakı tamaşaçı sayına gəlincə son illərdə olduğu kimi yenə “Xəzər Lənkəran” ilk pillədədir. Lənkəran təmsilçisinin 8 ev oyununu 43700 tamaşaçı izləyib ki, bu da hər matça 5463 seyrçi deməkdir.
Paytaxt klubları və ev oyunlarını Bakıda keçirən “Qarabağ” isə cədvəlin aşağı pillələrindədir.
Xəzər Lənkəran |
8 |
43700 |
5463 |
Kəpəz (Gəncə) |
8 |
30500 |
3813 |
Sumqayıt |
10 |
32550 |
3255 |
Turan (Tovuz) |
9 |
28400 |
3156 |
Simurq (Zaqatala) |
8 |
18900 |
2363 |
Neftçi (Bakı) |
10 |
15250 |
1525 |
AZAL (Bakı) |
7 |
8900 |
1271 |
Qəbələ |
9 |
10880 |
1209 |
Bakı |
8 |
7880 |
985 |
İnter (Bakı) |
10 |
7850 |
785 |
Rəvan (Bakı) |
9 |
6010 |
668 |
Qarabağ (Ağdam) |
9 |
3650 |
406 |
Topaz Premyer Liqasının 105 oyunu 15 müxtəlif stadionda keçirilib. Ən çox azarkeş Lənkəran stadionunda qeydə alınıb. Ümumiyyətlə ilk 5 pillədə paytaxtdan kənardakı arenalar qərarlaşıb. Bakının ən çox azarkeş toplayan 8-ci km stadionudur. 15 arena arasında sonuncu pillədə isə Respublika stadionudur. Azərbaycanın ən böyük idman qurğusu cəmi 2500 seyrçi toplayıb. Bu da “Böyük oyun”dakından az qala 4 dəfə aşağı göstəricidir. Maraqlıdır ki, paytaxt stadionlarından yalnız “AZAL Arena” ümumi azarkeş sayı “Böyük oyun”dan yüksək olub. Digər stadionlar isə hətta 8-9 matçda da 1 oyunluq tamaşaçı toplaya bilməyib.
Lənkəran |
7 |
42700 |
6100 |
Gəncə |
8 |
30500 |
3813 |
Sumqayıt |
10 |
33700 |
3370 |
Tovuz |
9 |
28400 |
3156 |
Zaqatala |
8 |
18900 |
2363 |
8-ci km stadionu |
5 |
7700 |
1540 |
Bakıxanov |
5 |
7550 |
1510 |
AZAL Arena |
8 |
10900 |
1363 |
Qəbələ |
8 |
10380 |
1298 |
"Bakı"nın bazası |
8 |
7880 |
985 |
Şəfa |
8 |
5350 |
669 |
Bayıl Arena |
9 |
5560 |
618 |
Böyük Əmili |
1 |
500 |
500 |
Dalğa Arena |
4 |
1950 |
488 |
Respublika |
7 |
2500 |
357 |