Topaz Premyer Liqası: Rauf Əliyev mövsümdə ilk qolunu  vurdu
13 aprel 2013 17:02 (UTC +04:00)

Topaz Premyer Liqası: Rauf Əliyev mövsümdə ilk qolunu vurdu

Futbol üzrə Topaz Premyer Liqasında XXVI turun daha bir görüşü keçirilib. Lent.az-ın məlumatına görə, ilk “6-lığ”ın autsayderi “Qəbələ” 5-ci pillədəki “Bakı”nı qəbul edib.

 

Meydan sahibləri ötən tur olduğu kimi, yenə qələbəni son anda əldən veriblər. 30-cu dəqiqədə Viktor Mendi hesabı açıb. O, “Bakı”nın müdafiəçiləri Aqil Nəbiyevlə Şəhriyar Xəlilov arasındakı anlaşılmazlıqdan yararlanaraq, topu ələ keçirib və təkbətək qaldığı qapıçı Kamran Ağayevi məğlub edib. Hamı “Qəbələ”nin qələbə qazanacağını düşündüyü vaxt “Bakı”nın yeni transferi Rauf Əliyev səhnəyə çıxıb. O, uzatma dəqiqələrində penalti qazanıb. Bu zaman maraqlı an yaşanıb. 11 metrlik cərimə zərbəsini rumıniyalı qolçu Marius Pena vurmaq istəsə də, millimizin hücumçusu topu ona verməyib. Əliyev penaltini dəqiq yerinə yetirərək, bu mövsüm ilk qolunu vurub. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

 

Bu oyundan sonra “Bakı” 35 xalla 5-ci, “Qəbələ” isə 34 xalla 6-cı pillədə qalıb.

 

12 aprel (cümə)

 

“Rəvan” (Bakı) - “Kəpəz” (Gəncə) – 3:0
Qollar: Xuan Manuel Varea 44; 55. Tofiq Mikayılov, 58

 

13 aprel (şənbə)

 

“Qəbələ” – “Bakı” – 1:1
Qol:
Viktor Mendi, 30 – Rauf Əliyev, 90+3

 

17:00. “Qarabağ” (Ağdam) – “İnter” (Bakı)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

 

17:00. “Turan” (Tovuz) – “Xəzər Lənkəran”
Bakı, “Dalğa Arena”

 

18:00. “Simurq” (Zaqatala) – “Neftçi” (Bakı)
Zaqatala şəhər stadionu

 

14 aprel (bazar)

17:00. “Sumqayıt” – AZAL (Bakı)
Bakı, “Bayıl Arena”.

 

# 580
avatar

Oxşar yazılar