Topaz Premyer Liqası: Qurban Qurbanov doğma rayonunda zərbə aldı
12 mart 2013 19:16 (UTC +04:00)

Topaz Premyer Liqası: Qurban Qurbanov doğma rayonunda zərbə aldı

 

Martın 12-də futbol üzrə Topaz Premyer Liqasında final mərhələsinin daha 3 oyunu keçirilib. Lent.az-ın məlumatına görə, ilk “6-lıq” komandalarından “Bakı” və “Neftçi” paytaxt derbisində üz-üzə gəlib.

 

Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı “Neftçi” açsa da, “Bakı” az sonra penalti vurmaq imkanı qazanıb. Lakin Lukas Mario Horvatın zərbəsini flaqmanın qapıçısı Saşa Stamenkoviç dəf edib. Bununla belə, az sonra meydan sahiblərinin supertransferi Marius Pena bərabərlik qolunu vurub.

 

İlk “6-lığ”ın digər görüşündə “Simurq” Zaqatalada “Qarabağ”ı məğlubiyyətə uğratmağı bacarıb. Yeganə qolun müəllifi Rəşad Eyubov ikinci hissənin sonlarında qırmızı vərəqə alıb. Amma meydan sahibləri qələbəni qoruya bilib. Bununla da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 12 turdan sonra ilk məğlubiyyətlə doğma rayonunda üzləşib.

 

İkinci “6-lıq”dakı görüşdə isə “Rəvan” Azərbaycan Kubokunun ¼ final mərhələsində hər iki matçda uduzduğu “Xəzər Lənkəran”ı məğlub edə bilib.

 

11 mart (bazar ertəsi)

 

“Sumqayıt” - “Turan” (Tovuz) – 4:0

Qollar: Pərdis Fərcad Azad, 5; 8; 19; 23

 

12 mart (çərşənbə axşamı)

 

“Bakı” – “Neftçi” (Bakı) – 1:1
Qollar: Marius Pena, 83 - Araz Abdullayev, 43
İstifadə olunmamış penalti: Lukas Mario Horvat, 76 (“Bakı”)

 

“Rəvan” (Bakı) - “Xəzər Lənkəran” – 1:0
Qol: Juan Manuel Varea, 90 - penalti ilə

Qırmızı vərəqə: Elnur Abdullayev, 74 (“Xəzər Lənkəran”)
 

“Simurq” (Zaqatala) – “Qarabağ” (Ağdam) – 1:0
Qol: Rəşad Eyubov, 32

Qırmızı vərəqə: Rəşad Eyubov, 81 (“Simurq”)

 

13 mart (çərşənbə)

 

15:00. “Qəbələ” – “İnter” (Bakı)
Qəbələ şəhər stadionu

 

15:00. “Kəpəz” (Gəncə) – AZAL (Bakı)
Bakı, “Dalğa Arena”.

 

Turnir cədvəli:

 

N

Komandalar

O

Q

H

M

T

X

1

Neftçi

23

14

3

6

48-25

45

2.

İnter

22

11

8

3

24-12

41

3.

Simurq

23

10

9

4

26-15

39

4.

Qarabağ

23

10

9

4

30-20

39

5.

Qəbələ

22

9

5

8

26-27

32

6.

Bakı

23

6

13

4

25-16

31

7.

AZAL

22

7

8

7

32-25

29

8.

Xəzər Lənkəran

23

7

7

9

32-28

28

9.

Sumqayıt

23

6

7

10

24-39

25

10.

Rəvan

23

7

4

12

24-36

25

11.

Turan

23

6

5

12

24-39

23

12.

Kəpəz

22

2

4

16

12-45

10


Bombardir: Nikolas Kanales (“ Neftçi ”) - 20 qol.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1028
avatar

Oxşar yazılar